Elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 736,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 2,2% çoxdur.
Bu barədə “Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 312,9 mln. manat təşkil edib, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,8% artım deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 137,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,7%-lik azalma müşahidə olunub.
Ötən il ölkədə hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 628,4 mln. manat təşkil edib, bu da illik müqayisədə 2,7% çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər 5%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər cüzi azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər 2,8 mlrd. manata yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












