Bu il Azərbaycanın magistral kəmərləri ilə 20 mlrd. kubmetrdən artıq qaz nəql olunub
sizinxeber.az xəbər saytı

Bu il Azərbaycanın magistral kəmərləri ilə 20 mlrd. kubmetrdən artıq qaz nəql olunub


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 260,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 1,4% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 55,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 11 235,7 mln. kubmetr qaz ötürülüb (1,6%-lik azalma olub).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb, bu da illik müqayisədə 4,3%-lik artım deməkdir.

Oxşar xəbərlər

Bakı-Tbilisi-Ərzurum kəməri ilə bu il 7 mlrd. kubmetrdən artıq qaz nəql olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql olunan qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql olunan qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli 4%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə ötən il qazın nəqli 5%-dək artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər