Ölkədə 4 ayda istehlak bazarının həcmi 24 mlrd. manata yaxınlaşıb
sizinxeber.az xəbər saytı

Ölkədə 4 ayda istehlak bazarının həcmi 24 mlrd. manata yaxınlaşıb


2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 23,7 milyard manat təşkil edib.

Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024- cü ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 5,2 faiz artıb, ümumi dəyərin 77,8 faizini pərakəndə ticarət dövriyyəsi, 19 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyd edilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 5 faiz artaraq 22,6 milyard manata bərabər olmuş, onun 42,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Oxşar xəbərlər

Ölkədə istehlak bazarının həcmi 67 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkənin istehlak bazarı 5%-dən çox böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın istehlak bazarı 5 %-dən çox böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın istehlak bazarı 5 %-ə yaxın böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər