Ölkənin istehlak bazarı 5%-dən çox böyüyüb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 18,5 milyard manat olub.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu ötən ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 5,1% çoxdur.
Dövr ərzində ümumi dəyərin 78,9%-ni pərakəndə ticarət dövriyyəsi, 18,1%-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3%-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Birinci rübdə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 4,9% artaraq 17,7 milyard manata bərabər olub, onun 44,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 602,3 manat və ya illik müqayisədə nominal ifadədə 54 manat çox vəsait xərcləyib.
Oxşar xəbərlər
Ölkədə istehlak bazarının həcmi 67 mlrd. manatı ötüb
Azərbaycanın istehlak bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb
I rübdə Azərbaycanda 14.6 mlrd. manatlıq məhsul satılıb
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













