Ölkədə istehlak bazarının həcmi 67 mlrd. manatı ötüb
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 67,4 milyard manat təşkil edib.
“Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2023- cü ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,8% artıb. Onun 80 faizini pərakəndə ticarət dövriyyəsi, 16,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,7 faiz artaraq 64,7 milyard manata bərabər olmuş, onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Oxşar xəbərlər
Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar 4% artıb
Mobil operatorların gəlirləri 1 mlrd. manatı ötüb
Mobil operatorlar yeddi ayda 700 mln. manata yaxın gəlir əldə ediblər
Bakıda altı ayda 15.9 mlrd. manatlıq məhsul satılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













