Ötən ay şirkətlər banklardan 800 mln. manatdan çox depoziti geri çəkiblər
sizinxeber.az xəbər saytı

Ötən ay şirkətlər banklardan 800 mln. manatdan çox depoziti geri çəkiblər


2025-ci il fevral ayının 1-nə Azərbaycanda bankların depozit portfeli (maliyyə institutları istisna olmaqla) 36 milyard 961 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozit portfeli əvvəlki ayla müqayisədə 2% və ya 735 milyon manat azalıb.

Qeyd edək ki, bankların depozit portfelinin kəskin azalması hüquqi şəxslərin banklarda olan depozitlərini geri çəkməsi ilə əlaqədardır. Belə ki, bu dövrdə hüquqi şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 3.5% və ya 822 milyon manat azalaraq 22 milyard 575.5 milyon manat, fiziki şəxslərin depozitləri isə 0.6% və ya 85.9 milyon manat artaraq 14 milyard 385.4 milyon manat təşkil edib.

Oxşar xəbərlər

Azərbaycanda şirkətlər son bir ayda banklardan 1.8 mlrd. manatdan çox depoziti geri çəkiblər
Ötən ay 800 mln. manatdan çox depozit banklardan geri çəkilib
Bu il “Bank Respublika”dan 100 milyondan çox depozit geri çəkilib - Hesabat
Azərbaycanda bank sektorunun aktivləri 2,4% artıb
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - HESABAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər