Azərbaycanda şirkətlər son bir ayda banklardan 1.8 mlrd. manatdan çox depoziti geri çəkiblər
sizinxeber.az xəbər saytı

Azərbaycanda şirkətlər son bir ayda banklardan 1.8 mlrd. manatdan çox depoziti geri çəkiblər


2024-cü il noyabr ayının 1-nə Azərbaycanda bankların depozit portfeli (maliyyə institutları istisna olmaqla) 34 milyard 373.9 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozit portfeli əvvəlki ayla müqayisədə 4.7% və ya 1 milyard 685 milyon manat azalıb.

Qeyd edək ki, bankların depozit portfelinin kəskin azalması hüquqi şəxslərin banklarda olan depozitlərini geri çəkməsi ilə əlaqədardır. Belə ki, bu dövrdə hüquqi şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 8.1% və ya 1 milyard 805.5 milyon manat azalaraq 20 milyard 404.3 milyon manat, fiziki şəxslərin depozitləri isə 0.9% və ya 120.4 milyon manat artaraq 13 milyard 969.5 milyon manat təşkil edib.

Oxşar xəbərlər

Ötən ay 800 mln. manatdan çox depozit banklardan geri çəkilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il “Bank Respublika”dan 100 milyondan çox depozit geri çəkilib - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Paşa Bank" maliyyə vəziyyətini açıqlayıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bank sektorunun aktivləri 2,4% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bank sektorunun depozit portfeli 36 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər