Li Auto 2025-ci ildə Azərbaycanda rəsmi diler təyin etməyi planlaşdırmır - FOTO
sizinxeber.az xəbər saytı

Li Auto 2025-ci ildə Azərbaycanda rəsmi diler təyin etməyi planlaşdırmır - FOTO


Li Auto şirkəti Azərbaycandakı fəaliyyəti ilə bağlı rəsmi açıqlama verərək bildirib ki, hazırda heç bir rəsmi müqavilə imzalanmayıb və bu məsələnin yalnız 2026-cı ildə nəzərdən keçiriləcəyi planlaşdırılır. Li Auto bir neçə yerli şirkətlə əməkdaşlıq imkanlarını dəyərləndirir, bunlar arasında NEO Motors aparıcı mövqedədir və eyni zamanda iki-üç potensial tərəfdaşla əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.

Rəsmi diler statusunun olmamasına baxmayaraq, Li Auto bazarı öyrənməyə davam edir və fevral ayının sonunda şirkət nümayəndələrinin NEO Motors ofisinə səfəri planlaşdırılır. Görüşlərin gedişatı və prosesin inkişafı ilə bağlı şirkət KİV-i operativ şəkildə məlumatlandıracaq.

Son bir il ərzində NEO Motors öz mövqeyini möhkəmləndirərək Azərbaycanda Li Auto avtomobillərinin satışında 20%-lik bazar payına sahib olub. Şirkət bu müddət ərzində Li Auto avtomobillərinin satışı və servisi sahəsində geniş təcrübə toplayaraq müştərilərə keyfiyyətli xidmət və zəmanət dəstəyi təqdim edir.

Bu məlumat NEO Motors və Li Auto nümayəndələri arasında baş tutan rəsmi telefon danışığı əsasında təqdim olunur.

Oxşar xəbərlər

“ONVOLT” şirkəti “IM Motors” elektromobil markasının yeni “IM L6“ və “IM L7“ modellərini təqdim edir
BMW avtomobillərinin rəsmi idxalçısı olan “Improtex Motors” COP29-un nəqliyyat tərəfdaşı seçilib - FOTO
Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir
Bakı-Sumqayıt qatarlarının qrafikində YENİLƏNMƏ - FOTO
Azərbaycanda hotellərin vergisi azaldı: Fantastik qiymətlər enəcəkmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle