İmişli Şəkər Zavoduna media tur təşkil edilib
Ölkənin aparıcı media nümayəndələri üçün regionun ən böyük şəkər istehsalat müəssisəsi olan İmişli Şəkər Zavoduna media tur təşkil olunub.
Müəssisəni ziyarət edən jurnalistləri Azərbaycan Şəkər İstehsalat Birliyinin rəsmisi Məhəmməd Abışov qarşılayaraq onlara müəssisənin fəaliyyəti haqqında geniş məlumat verib. Mütəxəssis bildirib ki, 2024-ci ildə şəkər çuğunduru əkinçiliyi sahəsində 24 rayon 94 kənd üzrə 216 mülkiyyətçi ilə müqavilə bağlayaraq bölgələrdə 7,374.02 hektar sahədə şəkər çuğunduru əkinin həyata keçirilməsi təmin olunub.
Burada istehsal edilən məhsullar ölkədaxili tələbatı qarşılamaqla bərabər, xarici ölkələrə də ixrac edilir ki, bununla da ölkədən valyuta axınının qarşısının alınmasına mühüm töhfə verilir.
İmişli Şəkər Zavodunda Almaniya, Polşa, Türkiyə, Ukrayna, Avstriya və Rusiya istehsalı olan avadanlıqlar istifadə olunur. Zavodun Azərbaycan bazarında şəkər tələbatını tamamilə qarşıladığı, həmçinin ixrac olunduğu da bildirilib.
Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən zavod “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq bölgələrdə yaşayan insanların işlə təmin olunması və məşğulluğunun artırılmasında mühüm rol oynayır.
Oxşar xəbərlər
İmişlidə şəkər çuğundurunun yığımı başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Salyanda 250 hektar sahədə şəkər çuğunduru əkilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana idxal edilən meyvə və tərəvəz əsaslı energetik içkilər daha 2 il gömrük rüsumundan azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il İmişlidə 215 hektar sahədə şəkər çuğunduru əkilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












