10 ayda Azərbaycana 75 minə yaxın avtomobil idxal edilib
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 484.4 milyon ABŞ dolları dəyərində 74 723 ədəd avtomobil idxal olunub.
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8% və ya 6 483 ədəd azalıb, dəyəri isə 8% və ya 110.4 milyon dollar artıb. 2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 374 milyon ABŞ dolları dəyərində 81 206 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 ədəd artaraq 2592 ədəd təşkil edib.
Oxşar xəbərlər
Azərbaycana 9 ayda 1.2 mlrd. dollarlıq avtomobil idxal edilib
Azərbaycana səkkiz ayda 1.1 mlrd. dollarıq avtomobil idxal edilib
Azərbaycana yeddi ayda 51 mindən çox avtomobil idxal edilib
Azərbaycana 8 ayda 900 mindən çox smartfon idxal edilib
Azərbaycan avtomobil idxalını 9 % azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













