Bank of Baku UiPath ilə proseslərin robotlaşdırılmasına başlayır
sizinxeber.az xəbər saytı

Bank of Baku UiPath ilə proseslərin robotlaşdırılmasına başlayır


Müştərilərə xidmətdə innovativ həlləri tətbiq edən Bank of Baku rəqəmsal transformasiya strategiyası çərçivəsində daha bir addım atıb.

Belə ki, Bank of Baku texnologiya lideri olan qlobal “UiPath” şirkəti ilə əməkdaşlığa başlayıb. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, Bank of Baku-nun daxili idarəetmə sistemlərində və müştəri xidmətlərində Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) texnologiyası tətbiq ediləcək.

Layihənin əsas məqsədi bankdaxili rutin prosesləri sürətləndirmək, müştərilərə göstərilən xidmət keyfiyyətini ən üst səviyyəyə çatdırmaq, əməliyyat xərclərini optimallaşdırmaqdır.

RƏQƏMSAL ƏMƏKDAŞ DƏSTƏYİ!

Tətbiq ediləcək “RPA” texnologiyası qaydalara əsaslanan və təkrarlanan tapşırıqları insan müdaxiləsi olmadan yerinə yetirir və bir növ "rəqəmsal əməkdaş" funksiyasını daşıyır. Bu botlar sayəsində əməkdaşlar texniki işlərdən azad olaraq, daha çox müştəri məmnuniyyətinə və analitika tələb edən, strateji inkişafa yönəlmiş fəaliyyətlərə cəlb olunurlar. Robot texnologiyasının üstünlüklərinə aşağıdakıları da əlavə etmək mümkündür:

  • 24/7 sürətli və dəqiq fəaliyyət;
  • Məsafədən və hibrid əməliyyatların dəstəklənməsi;
  • Rəqəmsal transformasiya təşəbbüslərini sürətləndirməsi;
  • Biznesin inkişafına təkan verməsi.

Qeyd edək ki, Bank of Baku ardıcıl rəqəmsal layihələrlə texnoloji infrastrukturunu gücləndirərək “Sizə yaxın rəqəmsal bankçılıq” standartlarını davamlı inkişaf etdirməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, Bank of Baku hazırda 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

-www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Oxşar xəbərlər

"Bank of Baku" UiPath ilə proseslərin robotlaşdırılmasına başlayır
Azercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
Bank of Baku-da yeni dövr: robotlar xidmət göstərəcək - FOTO
Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir: autizmli uşaqlarla bir gün
Bank of Baku-nun əməkdaşları Xəzərin sahillərini tullantılardan təmizləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər