Türkiyədən Azərbaycana ixrac 9,5% artıb
Türkiyənin sərhəd qonşuları olan Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanistana yanvar–iyul aylarında həyata keçirdiyi ixrac, ötən ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 15,6 milyard dollara yaxınlaşıb.
“APA-Economics” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyənin Ticarət Тazirlirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyə yanvar–iyul aylarında qonşuları Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanistana ümumilikdə 15 milyard 592 milyon 919 min ABŞ dolları dəyərində ixrac həyata keçirib. 2024-cü ilin eyni dövründə bu məbləğ 14 milyard 972 milyon 416 min dollar təşkil edirdi. Sözügedən ölkələrə ixrac illik müqayisədə 4% artıb.
Qeyd olunur ki, hesabat dövründə Türkiyənin ən çox ixrac etdiyi qonşu ölkə təxminən 5,7 milyard dollarla İraq olub. İkinci yerdə 2,6 milyard dollarla Bolqarıstan, üçüncü 2,1 milyard dollarla Yunanıstan və dördüncü yerdə 1,4 milyard dollarla Gürcüstan qərarlaşıb.
“Yanvar–iyul aylarında illik müqayisədə ən çox ixrac artımı 49,3% ilə Suriyaya, 11,5% ilə Yunanıstana və 9,5% ilə Azərbaycana qeydə alınıb”, - məlumatda bildirilir.
Qeyd edək ki, hesablamalarda Türkiyənin sərhəd qonşuları kimi Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana dair məlumatlar toplanır. Naxçıvana dair rəsmi məlumat olmadığından, bu bölgə ilə ticarət hesablamalara daxil edilmir. Türkiyə ilə Ermənistan arasında isə quru yolu ilə birbaşa rəsmi ticarət aparılmır.
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 11%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 11%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












