Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar 3%-dən çox artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9911,8 milyon manat məbləğində investisiya yönəldilib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4% çoxdur.
Dövr ərzində beft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15% artıb. İstifadə olunmuş investisiyanın 5046,1 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 3335,2 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 7598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 7822,3 milyon manatı və ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Oxşar xəbərlər
Ötən ay Azərbaycan iqtisadiyyatına 787 mln. manat investisiya yatırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əsas kapitala yönəldilmiş investisiya 16%-ə qədər artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əsas kapitala investisiyalar 5%-ə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
10 ayda əsas kapitala 14 mlrd. manatdan çox vəsait yönəldilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il əsas kapitala 11.2 mlrd. manat investisiya yönəldilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












