Əsas kapitala investisiyalar 5%-ə yaxın azalıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5069,3 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6% az investisiya yönəldilib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Dörd ayda neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,3% artıb. İstifadə olunmuş investisiyanın 2578,8 milyon manatı və ya 50,9%-i məhsul istehsalı sahələrinə, 1627,6 milyon manatı (32,1%-i) xidmət sahələrinə, 862,9 milyon manatı (17,0%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 3772,4 milyon manatını və ya 74,4%-ni daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 3969,3 milyon manatı və ya 78,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Oxşar xəbərlər
Ötən ay Azərbaycan iqtisadiyyatına 787 mln. manat investisiya yatırılıb
Əsas kapitala yönəldilmiş investisiya 16%-ə qədər artıb
10 ayda əsas kapitala 14 mlrd. manatdan çox vəsait yönəldilib
Bu il əsas kapitala 11.2 mlrd. manat investisiya yönəldilib
Yeddi ayda əsas kapitala 10 mlrd. manat vəsait yönəldilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













