Azərbaycan və ABŞ iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və ABŞ iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə müzakirə aparılıb.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonla görüşüb.

Görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

Tərəflər ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub.

Görüşdə Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi vurğulanıb, Orta Dəhlizin perspektivləri, iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Mikayıl Cabbarov: "ABŞ ilə əməkdaşlığın inkişafı üçün böyük perspektiv var" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və BƏƏ Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Macarıstanın İT şirkəti Azərbaycana investisiya yatıra bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Venesuela arasında regional-beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər