Macarıstanın İT şirkəti Azərbaycana investisiya yatıra bilər
sizinxeber.az xəbər saytı

Macarıstanın İT şirkəti Azərbaycana investisiya yatıra bilər


Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici iqtisadi əməkdaşlığın inkişafına dair xüsusi tapşırıqlar üzrə səfiri, “4iG Space and Defence Technologies Plc.” şirkətinin sədri Gellert Yasai ilə görüşüb.

Azərbaycan-Macarıstan iqtisadi-ticarət əlaqələrinin uğurlu inkişafı, xüsusilə energetika sahəsində mövcud əlaqələr vurğulanıb. Qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb, gələcək tərəfdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın əlverişli biznes mühiti qeyd edilib. “4iG Space and Defence Technologies Plc.” şirkətinin ölkəmizin inkişaf edən ekosistemində investisiya yatırmaqda maraqlı olduğu bildirilib.

Tərəflər ticarət və investisiya, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi, sənaye zonalarında birgə müəssisələrin yaradılması və texnologiya transferi imkanları ətrafında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, “4iG Group” Macarıstanın informasiya texnologiyaları (İT) və telekommunikasiya şirkətidir. Əsas fəaliyyət sahələrinə İT xidmətləri, telekommunikasiya, peyk texnologiyaları və kosmik sənaye daxildir.

Oxşar xəbərlər

Azərbaycan Macarıstanla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycan və BƏƏ Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib
Azərbaycanla Macarıstan arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
Dövlət Neft Fondu İtaliyadakı investisiya portfelinin həcmini açıqlayıb
Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər