Agentlik: Malların texniki reqlamentlərə cavab verməsi laboratoriyada müəyyənləşir
Malların texniki reqlamentlərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə cavab verib-vermədiyi laboratoriya sınaqları nəticəsində müəyyənləşdirilir.
Bunu “Sizinxeber.az-Economics”ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Elməddin Quluyev deyib.
O bildirib ki, bu istiqamətdə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nda müvafiq tapşırıq nəzərdə tutulub:
“Bu tapşırıq ölkə ərazisində qeyri-qida istehlak mallarının sınaqlarının aparılması imkanlarına malik laboratoriyaların müəyyənləşdirilməsini nəzərdə tutur.
Agentlik tərəfindən həyata keçirilən diaqnostik qiymətləndirməyə 31 dövlət orqanının (qurumunun) tabeliyində olan sınaq laboratoriyaları və 90 akkreditasiya olunmuş müstəqil sınaq laboratoriyası cəlb olunub. Aparılmış qiymətləndirmələr nəticəsində bir sıra sahələrdə laboratoriyaların imkanlarının təkmilləşdirilməsinə və yeni laboratoriyaların yaradılmasına ehtiyac olduğu müəyyən edilib”.
“Ölkəmizdə texniki reqlamentlər qüvvəyə mindikdən sonra idxal və istehsal olunan qeyri-qida mallarının texniki reqlamentlərin tələblərinə uyğunluğu qiymətləndirilməli, o cümlədən laboratoriyalarda sınaqları aparılmalıdır. Diaqnostik qiymətləndirmənin nəticəsi olaraq mövcud imkanlara malik laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsinə və sınaqları aparıla bilməyən mal kateqoriyaları üzrə yeni laboratoriyaların yaradılmasına nail olunacaq”, - deyə E.Quluyev əlavə edib.
Oxşar xəbərlər
Dövlət Agentliyi: Azərbaycanda 43 milli texniki reqlament layihəsi hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı” təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uşaqlar üçün nəzərdə tutulan mallara dair təhlükəsizlik tələbləri təsdiqlənəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanacaqdoldurma obyektlərinin istismarı ilə bağlı şərtlər dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Su təchizatı üçün plastik boru kəmərləri sahəsində yeni dövlət standartları qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












