Azərbaycanda “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı” təsdiq edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı” təsdiq edilib


Nazirlər Kabineti “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nı təsdiq edib. 

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə qəbul olunub. Qərarda Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı və həmin mallara dair xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodlar verilib. 

Qərar malların “Texniki tənzimləmə haqqında” qanuna əsasən qəbulu nəzərdə tutulan texniki reqlamentlərin tələblərinə uyğunluğuna istehlak bazarında nəzarətin həyata keçirilməsinə şərait yaradacaq. 

Oxşar xəbərlər

Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı təsdiqlənib
Dərman vasitəsinin tanınması üçün xarici ölkələrin və beynəlxalq təşkilatların siyahısı təsdiqlənib
Azərbaycanda “Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı” təsdiq edilib
Azərbaycanda dövlət ehtiyatları ilə bağlı qayda təsdiqlənib
Dövlət Xidməti: Azərbaycana idxal edilən malların təhlükəsizlik ilə bağlı siyahısı hazırlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər