Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb, dəyəri isə artıb
sizinxeber.az xəbər saytı

Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb, dəyəri isə artıb


2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 220 milyon 658 min ABŞ dolları dəyərində 8 967 ton əczaçılıq məhsulu idxal edib.

Bu barədə "Sizinxeber.az-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1.64% və ya 3.6 milyon ABŞ dolları artıb, həcm baxımından isə 15.8% və ya 1680 ton azalıb.

Hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 2.21%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 2.97%-nə bərabər olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında ölkədə pərakəndə ticarət şəbəkələrində 598.1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Oxşar xəbərlər

Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana idxal edilən düyü 14% bahalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana idxal edilən düyü 16% bahalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana kərə yağı idxalı kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dörd ayda Azərbaycana 420 min tona yaxın buğda idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər