Azərbaycanda ötən il neft-qazın bazar qiymətləri büdcə qiymətlərindən az olub
2024-cü ildə dünya bazarında “Azəri Light” markalı xam neftin 1 barelinin və təbii qazın 1 000 kubmetrinin orta qiymətləri dövlət büdcəsində nəzərdə tutulandan müvafiq olaraq 4,2 % və 18,1 % az olub.
"Sizinxeber.az" bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, ötən il büdcənin neft-qaz gəlirləri 17 milyard 969,4 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 187 milyon manat və yaxud 1 % azdır.
Neft-qaz gəlirlərinin 71,1 %-ni və yaxud 12 milyard 781 milyon manatını Azərbaycan Dövlət Neft Fondundan transfertlər, 26,6 %-ni və yaxud 4 milyard 780,5 milyon manatını vergi daxilolmaları, 2,3 %-ni və yaxud 407,9 milyon manatını isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dividend ödənişi təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 11 %-ə yaxın artıb
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 6 %-dən çox artıb
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 48 %-ə yaxın artıb
ARDNF gələn il neft-qaz layihələrinin həyata keçirilməsindən dividend alacaq
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 25 %-ə yaxın azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












