

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrasına ayrılan vəsait açıqlanıb
2024-cü ildə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün 6 milyard 390,6 milyon manat məbləğində vəsait yönəldilib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.
Qeyd edilib ki, strategiyada müəyyən olunmuş beş milli prioritetə uyğun olaraq istifadə olunmuş vəsaitin 5345,7 milyon manatı və ya 83,6 faizi “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” milli prioriteti üzrə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinə, 516,3 milyon manatı və ya 8,1 faizi “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” milli prioriteti, 356,8 milyon manatı və ya 5,6 faizi “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” milli prioriteti, 171,7 milyon manatı və ya 2,7 faizi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” milli prioriteti, 71,5 min manatı “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” milli prioriteti üzrə nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatına yönəldilmişdir.
Oxşar xəbərlər
Azad olunmuş ərazilərə ayrılmış vəsaitin 74,4%-i nəqliyyat infrastrukturuna yönəldilib
Sosial-iqtisadi inkişaf strategiyasının icrasına növbəti 2 ildə 13 mlrd. manatdan çox vəsait xərclənəcək
Ötən il "Formula 1"-ə 168 mln. manat xərclənib
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasına 55 milyard manat lazım olacaq
Ötən il COP29-a dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
