

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2024-cü ili 271 min manat zərərlə başa vurub.
“Sizinxeber.az” Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 67,6 % çoxdur.
Bununla da, qurumun yığılmış zərəri 9,8 % artaraq 1,822 milyon manata çatıb.
Ötən il İİTKM-nın əməliyyat gəlirləri 450 min manat (əvvəlki ilə nisbətən 93,1 % çox), qeyri-əməliyyat gəlirləri 2,598 milyon manat (0,5 % çox), ümumi və inzibati xərcləri 3,008 milyon manat (13,5 % çox), torpaq, tikili və avadanlıqların amortizasiyası xərcləri isə 312 min manat (6 % az) təşkil edib.
Bu il yanvarın 1-nə İİTKM-nın aktivləri 5,386 milyon manat olub ki, bu da illik müqayisədə 4,5 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 6,2 dəfə artaraq 17 min manata çatıb, balans kapitalı isə 4,8 % azalaraq 5,369 milyon manata düşüb.
Xatırladaq ki, İİTKM Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ölkənin nailiyyətlərinin təbliğ etməklə məşğuldur.
Oxşar xəbərlər
"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib
İqtisadi Elmi Tədqiqat İnstitutu ötən ili zərərlə başa vurub
Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
