Azərbaycan Qiymətləndiricilər Palatası ABA ilə İşçi Qrupu yaradır
Azərbaycanda qiymətləndirmə sənədlərinin standartlaşdırılması və proseslərin vahid yanaşma əsasında həyata keçirilməsi məqsədilə birgə forma və sənədlərin hazırlanaraq tətbiqi nəzərdə tutulur.
Bu barədə "Report"a Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) bildirilib. Bununla bağlı qərar AQP ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında keçirilən əməkdaşlıq görüşündə qəbul edilib.
Görüş zamanı qiymətləndirmə fəaliyyəti çərçivəsində bank sektoru ilə qarşılıqlı əməkdaşlıqda müşahidə olunan mövcud çətinliklər və onların aradan qaldırılması üçün atıla biləcək addımlar nəzərdən keçirilib.
Palata və Assosiasiya tərəfindən qiymətləndirmə sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə İşçi Qrupun yaradılması barədə razılıq əldə edilib.
Tərəflər həmçinin qiymətləndirmə proseslərinin daha effektiv və şəffaf şəkildə həyata keçirilməsi üçün Elektron Portalın tətbiqinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə koordinasiyalı fəaliyyətin gücləndirilməsi barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Qiymətləndiricilər Palatası nizamnaməsi və ilk büdcəsini qəbul edib
Azərbaycanda qiymətləndiricilərin ixtisas imtahanı keçirilib
ABA və Azərbaycan Qiymətləndiricilər Palatası birgə İşçi Qrup yaradıb
Vüqar Oruc: “Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək”
Qiymətləndiricilər Palatası: Bank əməkdaşının qiymətləndirmədə iştirakı qanunsuzdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır
