Azər Mürsəqulov: "Maliyyə Nazirliyi yaxın zamanda dövlət istiqrazları bazarına qayıtmaq niyyətindədir"
Azərbaycan Maliyyə Nazirliyi yaxın zamanda dövlət istiqrazları bazarına qayıtmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Maliyyə Nazirliyinin yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov Bakıda keçirilən Maliyyə-İnvestisiya Forumunda bildirib.
"Əminəm ki, bir çox qiymətli kağızlar bazarının iştirakçılarında sual yaranır: Maliyyə Nazirliyi bu il niyə hələ də istiqrazlar yerləşdirməyib? Depozit hərraclarının keçirilməsi dövlət büdcəsində müvəqqəti sərbəst vəsaitlərin yaranması ilə bağlıdır. Belə şəraitdə bazardan əlavə vəsaitlərin cəlb edilməsi məqsədəuyğun olmazdı. Lakin bu müvəqqəti tədbirdir. Yaxın zamanda biz bazara qayıtmağı və məhz sizin gözlədiyiniz dövlət qiymətli kağızlarının buraxılışını bərpa etməyi planlaşdırırıq", - A.Mursaqulov vurğulayıb.
Oxşar xəbərlər
Maliyyə Nazirliyi ilk dəfə depozit hərracı keçirib
Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb
Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
AMB Maliyyə Nazirliyinin depozit hərracı keçirməsinə münasibətini açıqlayıb
Azərbaycan I yarımildə dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
