Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
sizinxeber.az xəbər saytı

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib


Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib.

"APA-Economics" bu barədə Nazirliyə istinadən xəbər verir. Məlumata görə, mayın 21-də Nazirlik tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 6.8% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Xatırladaq ki, bu, Nazirliyin keçirdiyi sayca üçüncü hərracdır. Bu hərraclarda yerləşdirilən depozitlərin həcmin ümumilikdə 2 mlrd. manata çatıb.

Oxşar xəbərlər

Maliyyə Nazirliyi xəzinə qalığı ilə bağlı növbəti depozit hərracı keçirib
Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
Maliyyə Nazirliyi ilk dəfə depozit hərracı keçirib
Maliyyə Nazirliyi ilk dəfə xəzinə qalığı ilə bağlı depozit hərracı keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər