​​​​​​​İpoteka və Kredit Zəmanət Fondu ümumi dəyəri 2 milyard manata yaxın olan əmlaklarına sığortaçı seçib
sizinxeber.az xəbər saytı

​​​​​​​İpoteka və Kredit Zəmanət Fondu ümumi dəyəri 2 milyard manata yaxın olan əmlaklarına sığortaçı seçib


İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlakın könüllü və icbari sığortası, eləcə də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Sizinxeber.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.

Qalib şirkətə 4 milyon 804,6 min manat ödəniləcək.

Sığorta xidməti çərçivəsində dəyəri 1 milyard 762 milyon 940,7 min manat olan 14 261 daşınmaz əmlak (o cümlədən Bakıda 2 604 ədəd, Sumqayıtda 5 608 ədəd, Xırdalanda isə 6 049 ədəd) 3 il müddətinə adı çəkilən sığorta növləri üzrə sığortalanacaq.

Oxşar xəbərlər

“Azərsu” auditor seçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcbari Tibbi Sığorta Fondunun büdcəsi 39 milyon manat artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 6 ayda dövlət xəttilə 230 milyon manat ipoteka krediti verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər