Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar1,3 milyard manatdan çox olub.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,5 % artaraq 847,3 milyon manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,8 % artaraq 46 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,5 % artaraq 34,7 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,8 % artaraq 232,6 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,2 % artaraq 164,7 milyon manat olub.
Oxşar xəbərlər
Azərbaycanda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar 2 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 13 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Banklar haqqında” qanunda dəyişiklik edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sair qeyri-vergi daxilolmaları üzrə proqnoz 1 % azaldılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanun dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












