AMB “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verib
Azərbaycan Mərkəzi Bankı (AMB) ictimaiyyəti əsas statistik göstəricilər və analitik icmallarla operativ qaydada təmin etmək məqsədilə yeni “İnteraktiv statistik məlumat bazası” (Naviqasiya) yaradıb.
"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, yeni naviqasiya sistemi daxili və xarici istifadəçilərin kritik məlumatlara çıxış imkanlarını genişləndirmək məqsədilə 2 dildə (Azərbaycan və İngilis dilləri), funksional və müasir interfeysdə hazırlanıb. Hazırda Naviqasiya ana səhifə və 5 fərqli bölmədən (Makroiqtisadi statistika, Monetar statistika, Maliyyə sektorunun statistikası, Ödəniş sistemlərinin statistikası və Xarici sektorun statistikası) ibarətdir. Hər bir bölmə üzrə məlumat tutumlu lövhələr, qrafiklər və cədvəllər yer almaqdadır. Bununla yanaşı, Naviqasiya sistemində ana səhifədə xüsusi “Dinamik xəritə” bölməsi yaradılıbdır ki, bu bölmədə hər bir şəhər (rayon) üzrə ən vacib maliyyə göstəricilərini təhlil etmək mümkündür.
Bu təşəbbüs elmi-tədqiqat işlərinin aparılması, proqnozlaşdırma, analitik arayışların hazırlanması və s. kimi məqsədlər üçün məlumat bazası rolunda çıxış edəcək. Növbəti dövrlərdə zərurət olduqca Naviqasiya sisteminin əhatəliliyinin artırılması imkanlarına da baxılacaq.
“İnteraktiv statistik məlumat bazası” Mərkəzi Bankın rəsmi internet səhifəsində Statistika bölməsinə inteqrasiya edilib.
“İnteraktiv statistik məlumat bazası”na bu vasitəsilə daxil olmaq mümkündür.
Oxşar xəbərlər
Heqset Panama kanalında naviqasiya azadlığının təmini üçün güc tətbiqini istisna etməyib
DTX Qanunsuz erməni silahlı birləşmələrinin radiomaneələr yaradan qurğularının görüntülərini yaydı - VİDEO
“2024-cü il üzrə Dövlət Borcuna dair Statistik Bülleten” dərc olunub
“Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupu sahibkarlarla görüşüb
“Vahid Məhkəmə Portalı”nın hansı funksionallıqları var?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
