Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
Yardımlaşma, mərhəmət, ətraf mühitə və insanlara sevgi, qayğı ilə yanaşmaq kimi nəcib dəyərləri yaşadan və təbliğ edən Qırmızı Ürəklər (“Red Hearts”) Fondu “Qurban payı” ianə aksiyasına start verir. 6-7 iyun Qurban bayramı münasibəti ilə təşkil edilən layihə çərçivəsində xeyirxah insanların ianələri hesabına toplanan vəsait ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələr üçün qurban payına çevriləcək.
Aksiyaya qoşulmaq, daha çox ailəyə bayram sevinci yaşatmaq üçün veb-saytında “İanə et” bölməsindən və Birbank mobil tətbiqindən müvafiq olaraq ianə etmək mümkündür.
Redhearts veb-saytı:
Birbank mobil tətbiqi:
Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank” ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil olmaq kifayətdir.
Oxşar xəbərlər
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu memorandum imzalayıb
Qırmızı Ürəklər Fondu hər kəsə sahibsiz heyvanlara dəstək olmaq imkanı yaradır
Qırmızı Ürəklər Fondunun ekoloji təşəbbüsü davam edir: 100 kq batareya toplandı
Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
