Azərbaycan və Böyük Britaniyanın audit qurumları əməkdaşlıq memorandumu imzalayacaq
Azərbaycanın Auditorlar Palatası ilə İngiltərə və Uelsin İmtiyazlı Mühasiblər İnstitutu (ICAEW) arasında Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə olunub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Palata məlumat yayıb.
Bildirilib ki, mayın 6-da qurumun sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın paytaxtı Londona səfər edib. Səfər ICAEW prezidenti Malkolm Bakusun dəvəti əsasında baş tutub.
1880-ci ildə təsis edilmiş, 150 ölkədə 210 mindən çox üzvü olan ICAEW maliyyə, mühasibatlıq və audit sahəsində nüfuzlu peşəkar tənzimləyici qurumdur. İnstitutun üç fəxri üzvündən biri Böyük Britaniya kralı III Çarlzdır.
Londonda keçirilən görüşdə ICAEW-in prezidenti Malkolm Bakus, Beynəlxalq İnkişaf üzrə direktoru Keyt Holroyd-Smit, Beynəlxalq Potensialın Artırılması üzrə direktoru Con Huper, Auditorlar Palatasının sədri Vahid Novruzov və sədrin müşaviri Fəqan Qarayev iştirak ediblər.
Tərəflər arasında yeni nəsil kadrların hazırlanması, auditin institusional potensialının artırılması, ictimai etimadın gücləndirilməsi, davamlı inkişafa dair hesabatlılığın təmin olunması, audit sahəsində innovasiyalar və süni intellektin tətbiqi, eləcə də birgə konfrans və nəşrlər kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
V.Novruzov görüş zamanı Azərbaycanda auditor fəaliyyətinə göstərilən dövlət dəstəyi, korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı mübarizədə bu peşənin rolu, ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyata keçid üzrə görülən tədbirlər, həmçinin ölkənin COP29-a ev sahibliyi etməsi barədə məlumat verib.
Görüşün yekununda bu ilin sentyabr ayında Bakı şəhərində Anlaşma Memorandumunun imzalanması razılaşdırılıb.
Oxşar xəbərlər
Vahid Novruzov: "Azərbaycanda auditor çatışmır"
Azərbaycan Türkiyənin məsafədən audit və data təhlili təcrübəsini öyrənir
Auditorlar Palatası məcburi audit subyektlərinin rəhbərlərinə müraciət edib
Bakı beynəlxalq maliyyə təhlükəsizliyi konfransına ev sahibliyi edəcək
Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
