Sahil Babayev: Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna 2 mln. dollar ianə edəcək
Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna (ADF 14) 2 milyon ABŞ dolları məbləğində töhfə verəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının Azərbaycan üzrə idarəçisi, maliyyə naziri Sahil Babayevin bank rəhbərlərinin işgüzar sessiyasına müraciətində bildirib.
O, Asiya İnkişaf Fondunun iqlim dəyişikliyi ilə mübarizədə və regionun ən yoxsul, ən həssas ölkələrinin dəstəklənməsində oynadığı mühüm rolu qeyd edərək Fondun təcili ekoloji problemlərin həlli üçün lazımi maliyyə vəsaiti ayırdığını deyib.
Nazir əlavə edib ki, Azərbaycan ADF-nin fəaliyyətini dəstəkləyir, onun iqlim problemlərinin aradan qaldırılmasında və regionda davamlı inkişafın təşviqində əhəmiyyətini qəbul edir: "Bununla bağlı ADF 14-ə 2 milyon dollar töhfə vermək üçün lazımi addımlar atır".
Oxşar xəbərlər
Asiya İnkişaf Bankı: 2030-cu ilədək iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə əlavə 100 milyon ayırmağı düşünürük
Nazir: COP29 çərçivəsində əsasən iqlim maliyyəsi üzrə məsələlərin həlli nəzərdə tutulur
ADB 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq
Nazir: COP29 çərçivəsində əsasən iqlim maliyyəsi üzrə məsələlərin həlli nəzərdə tutulur - VİDEO
İnkişaf Bankının Prezidenti: Afrikada iqlim dəyişikliyinin qarşısını almaq üçün 300 milyon dolların ayrılması məqsədəuyğundur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
