AMB iqlim dəyişikliklərinin inflyasiyaya təsrini qiymətləndirib
Azərbaycanda iqlim dəyişikliyinin 2035-ci ilə qədər ümumi infilyasiyaya 0,5-1 faiz bəndi təsir edıcıyi gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda bildirilir.
Sənədə əsasən, hesabat dövrünə artan temperatur və iqlim risklərinin ölkədə ərzaq inflyasiyasına 1,5-2 faiz bəndi artırıcı təsir edəcəyi gözlənilir.
AMB qeyd edib ki, iqlim dəyişiklikləri və yaşıl keçid prosesləri qlobal miqyasda yeni növ inflyasiya riskləri formalaşdırmaqdadır.
Ötən il qurum iqlim dəyişiklikləri və yaşıl keçidin makroiqtisadi göstəricilərə, xüsusilə də monetar siyasətə təsirlərinin qiymətləndirilməsi istiqamətində kompleks araşdırmalar həyata keçirib. Bu istiqamətdə beynəlxalq təcrübələr təhlil olunub, qabaqcıl mərkəzi bankların strategiyaları öyrənilib.
Oxşar xəbərlər
Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb
Taleh Kazımov: "Ticarət tərəfdaşlarındakı inflyasiya ölkədə qiymət artımına artırıcı təsir göstərib"
Taleh Kazımov: "Qlobal iqlim dəyişiklikləri iqtisadiyyatımıza təsir edir"
BMT baş katibi: İqlim dəyişiklikləri Mərkəzi Asiyanın iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir edə bilər
Azərbaycanda banklara "yaşıl" və dayanıqlılığa dair yeni tələblər qoyulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













