"E-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ləğv prosesində olan "Naxçıvan Bank" ASC-nin bazasında yaradılmış "E-Kredit" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
"Sizinxeber.az" xəbər verir ki, yeni BOKT bağlanmış bankla eyni hüquqi ünvanda - Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə İsa Bünyad oğlu İsayevdir. O, "Naxçıvan Bank"ın İdarə Heyəti sədrinin I müavini olub.
Xatırladaq ki, bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 2-ci təcrübədir. Bundan əvvəl "Para Bank" ASC "Para" MMC BOKT-a çevrilib.
Oxşar xəbərlər
“Texnika Bank” və “Bank Standard”ın əmlakları hərraca çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda yeni publik şəxslər təsis edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yeni nazirlik yaradıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokatda 5,6 maqnitudada zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












