Ziraat Bank Azərbaycan ekoloji təşəbbüsə dəstək verib
“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”una əsasən Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə başladılmış aksiyası çərçivəsində 25 Aprel tarixində Müşfiqabad qəsəbəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Tədbirin məqsədi ekoloji tarazlığın qorunmasına, yaşıllıq sahələrinin artıtılmasına və gələcək nəsillərə daha sağlam bir mühitin ötürülməsinə dəstək vermək idi.
Aksiyada Ziraat Bank Azərbaycanın rəhbər heyəti və əməkdaşları da fəal iştirak ediblər. Bank nümayəndələri müəyyən olunmuş ərazidə əsasən eldar şamı və zeytun ağacları əkərək tədbirə öz töhfələrini veriblər. Əkilən ağaclar bölgənin ekosisteminin bərpasında və hava keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü şərəfinə başladılan aksiya 10 il ərzində 1 milyon ağac əkilməsini hədəfləyir.
Ətraf mühitin qorunmasına daim töhfə verən Ziraat Bank Azərbaycan, bu istiqamətdəki fəaliyyətlərini gələcəkdə də ardıcıl şəkildə davam etdirəcəyini bildirib.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO
FHN-in regional mərkəzləri ağacəkmə aksiyası keçirib
FHN “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti dəfə ağacəkmə aksiyası keçirib
Bank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirilib - FOTO
Yelo Bank ölkəmizin yaşıllaşdırılmasına töhvə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












