Vahid Novruzov: "Cərimələr yetərli deyil, məhkəmə qərarlarında auditə dair konkret tapşırıqlar olmalıdır"
sizinxeber.az xəbər saytı

Vahid Novruzov: "Cərimələr yetərli deyil, məhkəmə qərarlarında auditə dair konkret tapşırıqlar olmalıdır"


Azərbaycanda maliyyə hesabatlarının müstəqil auditdən keçirilməsi ilə bağlı qanunvericilik tələblərinə əməl olunmasında hələ də ciddi problemlər qalmaqdadır.

Bunu “Report”a müsahibəsində Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov bildirib.

O qeyd edib ki, bəzi təsərrüfat subyektləri cərimə ödəməklə, lakin hesabatlarını auditdən keçirmədən fəaliyyətlərini davam etdirirlər: “Bu da qeyri-şəffaf fəaliyyətin, vergi yayınmasının və çirkli pulların yuyulması risklərinin artmasına səbəb olur. Mövcud vəziyyət onu göstərir ki, tətbiq olunan inzibati tənbeh tədbirləri yetərli deyil. Bir çox hallarda məhkəmə qərarlarında cərimə ilə yanaşı, təsərrüfat subyektlərinin maliyyə hesabatlarını sonradan auditdən keçirmələrinə dair konkret tapşırıqlar öz əksini tapmır. Bu səbəbdən, Auditorlar Palatası Məhkəmə-Hüquq Şurasına müraciət edərək, bu cür hallarda cərimə ilə yanaşı, müvafiq tapşırıqların məhkəmə qərarlarında əks olunmasına dəstək göstərilməsini tövsiyə edib.İnanırıq ki, bu müraciətimiz əsasında məcburi auditdən yayınmanın qarşısının alınması istiqamətində uğurlu nailiyyətlər əldə olunacaq”.

V.Novruzov vurğulayıb ki, maliyyə hesabatlarının müstəqil auditdən keçirilməsi şəffaflıq və məsuliyyətlilik mühitinin möhkəmləndirilməsi üçün vacib vasitədir: “Qanunvericilik tələblərinin icrasına nəzarətin gücləndirilməsi, sanksiyaların effektivliyinin artırılması və məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsi bu sahədə daha ciddi irəliləyişə səbəb ola bilər”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Azərbaycanda ötən il məcburi audit subyektlərinin 42 %-ə yaxını müstəqil yoxlamadan keçib
Vahid Novruzov: "Auditlə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır"
Vahid Novruzov: "Azərbaycanda auditor çatışmır"
Auditorlar Palatası məcburi audit subyektlərinin rəhbərlərinə müraciət edib
Ötən il bələdiyyələrin 54 %-i auditdən keçməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər