Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib
Milli Depozit Mərkəzi (MDM)“Elektron müraciət sistemi”ni istifadəyə verib.
"Sizinxeber.az-Economics" bu barədə MDM-ə istinadən xəbər verir. Qeyd edilib ki, məqsəd fiziki və hüquqi şəxslər üçün elektron müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunmasıdır.
Bu sistem vasitəsilə müraciətlərin daha sürətli və rahat şəkildə reallaşdırılması təmin edilib. Müraciət edənlər “Elektron müraciət sistemi”nə https://e-mdm.gov.az/ link vasitəsilə keçid edə bilərlər. “Elektron müraciət sistemi”ndə təqdim olunan məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş rəqəmsal imza vasitələri tətbiq olunub.
Bildirilib ki, sistem eyni zamanda, Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının “Əməliyyat və xidmət effektivliyinin artırılması” hədəfi çərçivəsində rəqəmsallaşma səviyyəsinin artırılması, tam funksional və çevik İT infrastrukturun yaradılması və müştəri mərkəzli yanaşmaya keçid əsasında istifadəyə verilib.
Oxşar xəbərlər
Diplomların tanınması elektron müraciət sistemi sentyabrın birinədək dayandırlır
FHN-in elektron xidmətlər portalı yenilənib
Azərbaycanda ilk dəfə səhmdarların elektron səsvermə sistemi yaradılıb
Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyatı başa çatıb
Bakıda I sinfə qəbulla bağlı 40 383 sorğu yerləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
