Bank “BTB”nin maliyyə göstəricilərində müsbət artım olub
sizinxeber.az xəbər saytı

Bank “BTB”nin maliyyə göstəricilərində müsbət artım olub


Bank “BTB”nin 1-ci rüb üzrə maliyyə göstəriciləri açıqlanıb. Ötən illin müsbət dinamikası bu dəfə də bankın bütün göstəriciləri üzrə artmaqdadır.

Beləliklə, 2025-ci ilin ilk 3 ayı ərzində bankın xalis mənfəəti 814 min manata çatmışdır. Bankın xalis faiz gəlirləri 2024-cü ilin 3 ayının yekunları ilə müqayisədə 14% artaraq 3.3 milyon manat, qeyri-faiz gəlirləri 40% artaraq 1.5 milyon manat, xalis əməliyyat mənfəəti isə 28% artaraq 1.2 milyon manat təşkil etmişdir.

Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və aparıcı banklardan biri olaraq 2025-ci ilin əvvəlində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 42 müştəriyə 4 231 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 364 985 min manat həcmində kreditlər rəsmiləşdirmişdir.

2025-ci ilin 1-ci rübünün sonuna Bankın məcmu kapitalı 52 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 22 % təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.

Bankın ani likvidlik əmsalı isə 146 % təşkil edir, bu da Mərkəzi Bankın minimum tələbindən artıqdır (Mərkəzi Bankın minimum tələbi - 30%).

Oxşar xəbərlər

"Bank BTB"nin maliyyə göstəricilərində müsbət artım dinamikası davam edir
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
"Xalq Bank"ın depozit portfeli 240 mln. manatdan çox azalıb - Hesabat
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
"Bank Avrasiya"nın xalis mənfəəti və kredit portfeli azalıb - Hesabat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər