Üç kateqoriya üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi müəyyənləşir
Üç kateqoriya üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunur.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir.
Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycanda bəzi şəxslərin əmək pensiyası dövlət büdcəsindən ödəniləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
MM hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsini ilk oxunuşda təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 mindən çox olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İyulda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 144 299 nəfər olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












