Azərbaycanda bəzi şəxslərin əmək pensiyası dövlət büdcəsindən ödəniləcək
Azərbaycanda əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısı genişləndirilir.
“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.
Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləğ, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi büdcə olacaq.
Dəyişikliklərin bu il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
Üç kateqoriya üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pensiyaya çıxmaq istəyənər üçün vacib xəbər - Bunları bilməlisiniz! [xfgiven_updateblue][/xfgiven_updateblue]
MM hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsini ilk oxunuşda təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda qadınların pensiya yaşı artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












