BFB istiqraz və səhm bazarları üzrə əsas hədəflərini açıqlayıb
Bakı Fond Birjası (BFB) istiqraz bazarlarında daha çox dövlət müəssisələrinin və korporativ emitentlərin bazara cəlb edilməsini hədəfləyir.
"Report" xəbər verir ki, bunu Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.
Onun sözlərinə görə, BFB-nin 2024-2026-cı illər üzrə strateji inkişafı 2 istiqamətdə qurulub: "Bunlar səhm və istiqraz bazarının qurulmasıdır. İstiqraz bazarlarında biz daha çox dövlət müəssisələrinin və korporativ emitentlərin bazara cəlb edilməsini hədəfləyirik. Səhm bazarında isə daha çox korporativ və dövlət müəssisələrinin eyni dərəcədə səhm bazarına cəlb edilməsini, ilkin kütləvi təklifə (İPO) təşviq edilməsi ilə bağlı işlər aparırıq".
O qeyd edib ki, hər iki istiqamətdə xüsusi əhəmiyyət kəsb edən təşəbüsslər maliyyə məlumatlılığının və kapital bazarları haqqında məlumatlılığı artılması hədəfləyir.
Oxşar xəbərlər
"Bakı Fond Birjası" növbəti 3 ildə 7 əsas strateji təşəbbüslə çıxış edəcək
BFB: Dövlət müəssisələrinin istiqraz həcmi 1,3 mlrd. manata qədər artırıla bilər
BFB: Dövlət müəssisələri əvvəlcə istiqraz, daha sonra isə səhm buraxmalıdır
Ruslan Xəliov: "Yaşıl istiqraz" buraxmağa namizəd olan şirkətlər var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
