Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 24% artıb
2025-ci ilin yanvar ayı ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 410 milyon 279.3 min təşkil edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur.
Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 2.8% azalaraq 116 milyon 106.1 min, satışı isə 39% artaraq 294 milyon 173.2 min təşkil edib.
Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar ayı ilə müqayisədə 12% artaraq 9 milyon 782.3 min, satışı isə 53.5% artaraq 17 milyon 134.2 min təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayı ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 8 valyuta hərracında banklara 498.8 milyon ABŞ dolları satılıb.
Oxşar xəbərlər
Ötən il bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 44% artıb
Ötən il Azərbaycanda bankların nağd Rusiya rublu alışı 3 dəfəyə yaxın azalıb
2025-ci ilin ilk ayında valyuta hərraclarında dollar satışı 500 milyona yaxınlaşıb
Ötən ay fiziki və hüquqi şəxslər 100 mln. manat depozit gəliri əldə ediblər
Bu il Azərbaycanda valyuta hərraclarında satış 6.1 mlrd. dolları ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













