Ötən il bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 44% artıb
Ötən il Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 4 milyard 545.9 milyon təşkil edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 44% çoxdur.
Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2023-cü illə müqayisədə 1% azalaraq 1 milyard 621 milyon 567 min, satışı isə 92.5% artaraq 2 milyard 924 milyon 344 min təşkil edib.
Bu dövrdə banklar tərəfindən nağd avronun alışı 2023-cü illə müqayisədə 3.4% artaraq 131 milyon 93.8 min, satışı isə 1.6% azalaraq 202 milyon 722 min təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 95 valyuta hərracında banklara 7 milyard 169,07 milyon ABŞ dolları satılıb.
Oxşar xəbərlər
Bu il Azərbaycanda valyuta hərraclarında dollar satışı 7 milyardı ötüb
Ötən il Azərbaycanda elektron ticarətin həcmi 27 mlrd. manatdan çox artıb
Xankəndi şəhərinə qoyulan ilk investisiyaların həcmi açıqlanıb
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb
Azərbaycanın ABŞ-yə qeyri-neft məhsulları ixracı 31 dəfədən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













