ABB rəqəmsal bankçılıqda liderdir!
Bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsi sahəsində dünyanın ən böyük araşdırması olan "Deloitte Digital Banking Maturity 2024" (DBM-2024) hesabatı yayılıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, müştərilərə ən yaxşı rəqəmsal təcrübə təqdim etməyi əsas strateji hədəflərindən elan etmiş ABB də hesabatın nəticələrinə görə müxtəlif meyarlar əsasında ölkə üzrə lider mövqedə qərarlaşıb.
DBM hesabatlarının hazırlanmasında məqsəd bankların rəqəmsal kanallar üzrə inkişaf səviyyəsini ölçmək, onları qlobal və regional səviyyədə müqayisə etmək, ən yaxşı təcrübələri ortaya çıxarmaqdır.
Araşdırmalarda bankların müştəriyönümlü rəqəmsal strategiyaları, innovativ həll yolları və rəqəmsal xidmətlərdə üstünlük verdikləri əsas trendlər təhlil olunur. Beləliklə, bankların hansı strategiyalarla uğur qazandıqları göstərilir. Eyni zamanda, innovativ texnologiyaların bank sektoruna təsirlərinə diqqət yönəlir.
Araşdırmalar ölkələr və regionlar üzrə böyük, orta, kiçik bankların rəqəmsal təcrübələri əsasında aparılır. Məlumatlar kənar və müstəqil qiymətləndiricilər tərəfindən 1005 funksionallıq üzrə müştəri təcrübələrinə əsaslanan açıq mənbələrdən toplanır. Bu funksionallıqlar həmçinin, bankların rəqəmsal kanallarını, yəni mobil bankçılığı, İnternet Bankçılığı da əhatə edir.
DBM-2024 araşdırması dünyanın 44 ölkəsindən 349 bankı əhatə edib. Bu zaman 6 əsas istiqamət üzrə suallar cavablandırılıb. Bura “Məlumatlılıq, “Hesab açmaq”, “Müştəriyə tanıtım”, “Gündəlik bankçılıq”, “Bankdankənar xidmətlər”, “Hesabın bağlanması” istiqamətləri daxildir.
Bu istiqamətlərin hər biri üzrə toplanmış ümumi ballara əsasən, rəqəmsallaşma sahəsində lider bankların qlobal reytinqi hazırlanıb. ABB də müxtəlif meyarlar üzrə ən yüksək balları toplayaraq ölkə üzrə lider banklar qrupunda qərarlaşıb.
DBM-2024 hesabatı və araşdırmanın ümumi nəticələrini şərh edən məqalə ilə buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər
Rəqəmsal hökumət arxitekturası hazırlanacaq
"Aztelekom"un rəhbəri dəyişib
İlin sonunadək ölkədə fiziki xidmətlərin 15%-i "myGov" üzərindən olacaq
Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib
Rəqəmsal məktəb platforması istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












