Mərkəzi Bank “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı hazırlayaraq təsdiq edib.
Bu barədə "APA-Economics" AMB-yə istinadən xəbər verir. Qeyd edilib ki, Qaydanın əsas məqsədi banklarda fəaliyyətin davamlılığının artırılması və əməliyyat mühitində hadisələrə daha çevik reaksiyanı təmin etməklə, əhəmiyyətli maliyyə itkilərinin qarşısının alınmasını dəstəkləməkdir. Yeni qəbul edilmiş requlyativ qaydada xüsusilə, banklarda əməliyyat risklərinin idarə edilməsi sisteminə, əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqinə, bankdaxili və nəzarət orqanına hesabatlılığa, habelə əməliyyat risk hadisələri barədə məlumat bazasının formalaşdırılmasına dair tələblər müəyyən edilib.
AMB-dən o da əlavə edilib ki, bu çərçivənin tətbiqi banklarda əməliyyat riskləri hadisələrinə dair mövcud məlumat bazasının genişləndirilməsinə, əməliyyat risk hadisələri nəticəsində bankın qarşılaşdığı zərərin daha dəqiq hesablanmasına və növbəti dövrlərdə əməliyyat risklərinə dair kapital tələbləri üzrə banklar tərəfindən daha təkmil yanaşmaların tətbiqinə imkan yaradacaq.
Oxşar xəbərlər
AMB “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiqləyib
“Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” təsdiqlənib
“Banklarda korporativ idarəetmə Standartları”na əlavə və dəyişikliklər qüvvəyə minib
Azərbaycanda BOKT-lar üçün prudensial tənzimləmə qaydaları dəyişəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
