“Banklarda korporativ idarəetmə Standartları”na əlavə və dəyişikliklər qüvvəyə minib
Sentyabrın 25-dən Azərbaycanda “Banklarda korporativ idarəetmə Standartları”na əlavə və dəyişikliklər qüvvəyə minib.
Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, sözügedən standartlar tövsiyə xarakteri daşımır və hal-hazırda Mərkəzi Bankın korporativ idarəetmə sahəsi üzrə banklara qarşı mövcud olan tələblərini ehtiva edir.
Standartlara edilmiş son dəyişikliklərə əsasən, bankların Müşahidə Şuralarının tərkibinə müstəqil üzvlərin daxil edilməsinə dair tələb 08 sentyabr 2025-ci il tarixindən etibarən nəzarət zərfi dövlətə məxsus olan banklara da şamil ediləcəkdir. Ölkəmizdə korporativ idarəetmə sahəsi üzrə ilk dəfə tətbiq edilən bu yenilik səhmdar strukturundan asılı olmayaraq bütün banklara vahid yanaşmanın tətbiq olunmasına və bununla da banklarda idarə etmə mexanizmlərinin təkmilləşməsinə xidmət edir.
Digər dəyişikliklərlə, Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə namizəd şəxsin son üç ildə banka aidiyyəti olan şəxsin əməkdaşı olmaması tələbi əlavə olunmuş, müstəqil üzvün müstəqillik statusunun qüvvədə olduğu müddət limiti altı il olaraq müəyyən edilib.
Bununla yanaşı, müstəqillik meyarlarında bankın əməkdaşları üzrə xüsusi tələblər müəyyən edilib. Yeni tələblərə əsasən, Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə namizəd şəxs bankın işçisi olmamalıdır. Əvvəllər bankda işləmiş şəxsə isə bankda işlədiyi müddətin ən azı üçdə ikisi (minimum 3 il olmaqla) müddətində fasilə tətbiq edildikdən sonra onun müstəqil üzv təyin oluna bilməsi imkanı nəzərdə tutulub.
Standartlara edilmiş düzəlişlərlə Komplayens Komitəsinin tərkibinə dair tələblər aydınlaşdırılıb, eləcə də İdarə Heyətinin sədri, Baş risk inzibatçısı və Baş komplayens inzibatçısı ilə bağlı əvəzetməyə dair tələblər dəqiqləşdirilib.
Vurğulanıb ki, düzəlişlərin edilməsində əsas məqsəd banklarda korporativ idarəetmə funksiyasının davamlı olaraq gücləndirilməsi və banklarda idarəetmənin şəffaflığının artırılmasıdır.
Oxşar xəbərlər
“Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” təsdiqlənib
Azərbaycanda ESG sahəsi üzrə milli standartlar hazırlanıb
"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib
Keyfiyyəti idarəetmə sahəsi üzrə terminologiyaya dair dövlət standartı yenilənib
Gürcüstanda "Xarici agentlər" qanunu bu gündən qüvvəyə minib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












