Azərbaycan banklarında unikal əmanətçilərin sayında kəskin artımın səbəbləri açıqlanıb - EKSKLÜZİV
Ötən il Azərbaycan bank sektorunda müddətli unikal əmanətçilərin sayı 41 % artaraq 150,5 min nəfərə çatıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu, ötən dövrlərlə müqayisədə əhəmiyyətli bir irəliləyişdir.
"Artımın böyük hissəsi xırda məbləğli əmanətçilərin hesabına baş verib. Belə ki, yeni unikal əmanətçilərin 77,6 %-ni 30 000 manatadək məbləğdə əmanətləri olanlar təşkil edib. Bu tendensiya əhalinin banklara olan etimadının artdığını göstərir", - AMB qeyd edir.
"Unikal əmanətçilər kimlərdir?
Bank sektorunda “unikal” əmanətçi dedikdə, bir və ya bir neçə bankda müddətli əmanətləri olan şəxslər nəzərdə tutulur. Məsələn, bir şəxsin 5 müxtəlif bankda müddətli əmanəti mövcuddursa, o, ümumi statistikada yalnız bir unikal əmanətçi kimi qeyd olunur. Bu yanaşma, bank sektorunda əmanətçilərin real sayını daha dəqiq təyin etməyə imkan verir."- Mərkəzi Bankdan bildirilib.
Unikal əmanətçilərin sayının artmasının gəlincə, AMB bunun bir neçə əsas səbəbi olduğunu vurğulayıb. Pul siyasətinin təkmilləşdirilməsi, vergi güzəştlərinin tətbiqi və əmanətlərin sığortalanması bu dinamikanı şərtləndirən amillərdən hesab olunur.
Mərkəzi Bank vurğulayır ki, faiz kanalının ötürücülüyünü artırmaq istiqamətində atılan addımlar əmanətlərə marağı yüksəldib. Bununla yanaşı, milli valyutada olan əmanətlər üzrə tətbiq edilən vergi güzəştləri əhalini vəsaitlərini banklarda yerləşdirməyə həvəsləndirib. Əmanətlərin artımına, həmçinin xüsusilə xırda məbləğli əmanətçilər üçün risklərin azalması səbəb olub.
Bu müsbət dinamika ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsinə, bank sektorunun stabil inkişafına və iqtisadiyyatda vəsaitlərin daha effektiv dövriyyəsinə töhfə verir.
Oxşar xəbərlər
Azərbaycanda bankların əmanətçilərinin sayı 40 %-dən çox artıb
Serbiyalı basketbolçu NBA tarixində unikal rekorda imza atıb
ABŞ klubunun basketbolçusu unikal nailiyyətə imza atıb
IRENA: UNEZA infrastrukturu modernləşdirmək və genişləndirmək üçün unikal mövqeyə malikdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
