Azərbaycanda iqtisadi artım açıqlanıb
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM-in həcmi 18 milyard 576,9 milyon manata bərabər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% çox olub.
"Sizinxeber.az-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7% azalıb, qeyri neft-qaz sektorunda isə 10,1% artıb.
ÜDM istehsalının 39,9%-i sənaye, 9,9% ticarət, nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i tikinti, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 19,8%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,3%-ni təşkil edib.
Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 1824,1 manata bərabər olub.
Oxşar xəbərlər
Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalı 11%-dən çox artıb
Bu il Azərbaycana xaricdən pul köçürmələri 3 mlrd. manatdan çox azalıb
Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə qədər artıb
Azərbaycanda illik inflyasiya 1.3%-ə enib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













