Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə qədər artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə qədər artıb


2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8 555 milyon manatlıq, o cümlədən 4 726,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3828,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1%, qeyri-ərzaq malları üzrə 5,2% artıb.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Oxşar xəbərlər

Azərbaycanda əhalinin avtomobil yanacağına xərcləri 10% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda illik inflyasiya 1.3%-ə enib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əsas kapitala yönəldilmiş investisiya 16%-ə qədər artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarda Azərbaycana 165 mindən çox əcnəbi gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının pərakəndə ticarətdə ən çox gəlir əldə edən rayonları - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər