Azərbaycanda elektromobillərin icbari sığortasının onlayn rəsmiləşdirilməsinə başlanılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda elektromobillərin icbari sığortasının onlayn rəsmiləşdirilməsinə başlanılıb


Bu gündən elektromobillərin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (AVSMMİS) onlayn qaydada rəsmiləşdirilməsi tətbiq olunmağa başlayıb.

Bu barədə "Sizinxeber.az-Economics"ə İcbari Sığorta Bürosundan bildirilib. Qeyd edilib ki, elektromobillərin onlayn icbari sığortalanmasının tətbiqi sürücülər üçün bir sıra üstünlüklər yaradır. Artıq elektromobil sahibləri AVSMMİS növü üzrə şəhadətnamələrini sığorta şirkətlərinin rəsmi veb-səhifələri vasitəsilə onlayn şəkildə sürətli və asan əldə edə bilərlər. Sürücülər həmçinin İSB-nin rəsmi veb-səhifəsinə daxil olaraq burada təqdim olunan sığorta şirkətlərinin siyahısından seçim edə və seçdikləri şirkətin rəsmi səhifəsinə birbaşa keçid edərək elektromobilləri üçün onlayn sığorta müqaviləsini rəsmiləşdirə bilərlər.

İSB-nin elektronlaşma sahəsində apardığı islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf etdirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta məhsullarına əlçatanlığın təmin olunmasına xidmət edir.

Qeyd edək ki, İSB “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

Oxşar xəbərlər

Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb
Sığorta bazarında İLK: PAŞA Sığortadan KASKO sığortanı tam onlayn almaq imkanı
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq
PAŞA Sığorta icbari əmlak sığortalı müştərisinə 14 850 AZN ödəniş edib
“Bakı Sığorta” ləğv edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər