Deputat alkoqollu içkilərlə bağlı minimum qiymətin mümkün təsirlərini açıqlayıb
Alkoqollu içkilərlə bağlı bizim üçün əsas önəmli məsələ insanların sağlamlığıdır. Hazırkı vəziyyətdə istehlak edilən məhsulları qiymətlə tənzimləməklə məqsədimizə çatmaq çətin olacaq.
APA xəbər verir ki, bunu Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, burada minimum qiymət müəyyən olunur: “Bu, digər məhsullara da təsir edə, digər məhsulların da qiymətinin artmasına səbəb ola bilər. Ancaq digər bir hal da var. A92 markalı benzinin qiymətində artım baş verdi, amma bundan sonra A95 markalı benzinin qiyməti azaldı, 2 manatdan 1,60 manata düşdü. Yəni təşviq yaradıldı. Alkoqollu içkilər məsələsində də bu, təşviq olmalıdır. Hətta bununla bağlı dinləmə də keçirə bilərik. Hər bir halda bu məsələyə insan sağlamlığı aspektindən baxılmalıdır”.
Oxşar xəbərlər
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq
Alkoqollu içkiləri minimum qiymətindən aşağı satanlar məsuliyyətə cəlb olunacaq
Alkoqollu içkilərdən yalnız arağın minimum qiyməti müəyyənləşəcək
Alkoqollu içkilərin minimum qiymətinə dair qanunvericiliyə təklif edilən dəyişikliyin səbəbi məlum olub
Azər Əmiraslanov: “Alkoqollu içki istehsalı sahəsində qanunsuz sahibkarlıq aradan qaldırılacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
